Bankların kompleks sığortası

Bankların və maliyyə xidmətləri göstərən digər hüquqi şəxslərin risklərinin kompleks sığortası növünə əsasən aşağıdakılar sığorta predmeti sayılır:
• Sığortalının sığortalanmış fəaliyyətinin aparılması nəticəsində məruz qaldığı gəlir itkiləri
• Sığortalının əmlakı
• Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalının sığortalanmış fəaliyyətini həyata keçirməsi ilə əlaqədar üçüncü şəxslərə vurduğu zərərin əvəzini Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəmək öhdəliyi
Bu sığorta növü üzrə aşağıdakı şəxslər Sığortalı sayılır:
• Banklar və digər kredit təşkilatları
• İnvestisiya şirkətləri
• Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət göstərən təşkilatlar
• Qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər hüquqi şəxslər

Əlaqə

Şəbəkə Sığorta Brokeri © 2019 Bütün hüquqlar qorunur.

Dizayn və inkişaf  Web Design.