Məsuliyyət sığortası

Məsuliyyət sığortasının ümumi ideyası – Sığortalı tərəfindən üçüncü şəxslərə qəsd olmadan vurulan ziyanın sığorta hesabına ödənilməsidir. Məsuliyyətin sığortasında məqsəd – gözlənilməz hallar yarandığı zaman sığortalının əmlak/maliyyə maraqlarının müdafiəsidir.
Bizim şirkət müştərilərinə məsuliyyət sığortasının ən çox tələb olunan növlərini təklif edir:

  • ümumi məsuliyyətin sığortası
  • peşə məsuliyyətinin sığortası
  • işə götürənin məsuliyyətinin sığortası

Ümumi məsuliyyətin sığortası – sığortalı tərəfindən həyata keçirilən fəaliyyət ilə bağlı yaranmış zərərin kompensasiyasını nəzərdə tutur. Belə sığorta, bu növ fəaliyyətə xas risklərə təminat verir.
Peşə məsuliyyətinin sığortası – peşə səhvi nəticəsində göstərilmiş keyfiyyətsiz xidmətlə əlaqədar yaranmış risklərin ödənməsi deməkdir.
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müəyyən edilmiş işə götürənin məsuliyyətinin sığortası – işə götürənin təqsiri ucbatından işçinin öz vəzifələrini yerinə yetirdiyi zaman ölümü, əmək qabiliyyətinin itirilməsi, aldığı zədələr və ya səhhətinə dəymiş digər ziyanlara görə ona (onun vərəsələrinə) ödənilməli olan pul kompensasiyası öhdəliyi deməkdir.

Əlaqə

Şəbəkə Sığorta Brokeri © 2019 Bütün hüquqlar qorunur.

Dizayn və inkişaf  Web Design.