Əmlak sığortası

Əmlak sığortası hər hansı sığorta hadisəsi nəticəsində əmlaka dəymiş fiziki ziyana görə təminat verir. Sığorta hadisəsi dedikdə, sığorta müddəti ərzində hüquqi və fiziki şəxslərin əmlakına hər hansı gözlənilməz və birbaşa fiziki təsir (başqa istisna olmadığı halda) başa düşülür. Təminata aşağıdakılar daxildir:

  • Yanğın
  • İldırım vurması
  • Partlayış
  • Zəlzələ və vulkan püskürməsi
  • Qar uçqunu
  • Tüstü
  • Şüşə sınması
  • Sel və su basma
  • Torpaq sürüşməsi
  • Qasırğa və tufan
  • Güc tətbiq etməklə oğurluq
  • Su çəni, boru, rezervuar və s. partlayışı və daşması
  • Nəqliyyat vasitələrinin dəyməsi və düşməsi (yol, dəniz və hava nəqliyyat vasitələri)
  • Tətil, iğtişaş, mülki hərc-mərclik
  • Üçüncü şəxslər tərəfindən vurulan məqsədli zərərlər
  • Üçüncü şəxslər qarşısında məsuliyyət (mülki məsuliyyət, icarədarın məsuliyyəti)

Müştərinin tələbi ilə əlavə təminatlar da sığortaya daxil edilə bilər.

Əlaqə

Şəbəkə Sığorta Brokeri © 2019 Bütün hüquqlar qorunur.

Dizayn və inkişaf  Web Design.