İnşaat sığortası
Fərdi qaydada sığorta proqramına aşağıdakı sığorta alətləri daxil ola bilər:
- tikinti işlərinin sığortası;
- montaj işlərinin sığortası;
- tikinti texnikasının sığortası;
- tikinti meydançası avadanlığının sığortası;
- işəsalmadan sonrakı zəmanət öhdəliklərinin sığortalanması;
- tikinti-montaj işləri görülərkən üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortalanması
Tikinti-montaj işlərinin sığorta proqramının əsas elementi – bilavasitə tikinti və ya montaj işlərinin sığortalanmasıdır. Bu halda sığorta məbləği tikinti işlərinin tam layihə (smeta) dəyərinin həcmində müəyyən edilir. Əvəzi ödənilən zərərin məbləği, istifadəyə yararlı qalıqlarının çıxılması şərti ilə obyekt üzərində aparılan işlərin tamamlanması dərəcəsindən asılı olur.
Əlaqə
Telefon
Ünvan
Babek prospekti 11/31, “Babek Plaza”, 8-ci mərtəbə, 1-ci ofis, Bakı, Azərbaycan, AZ1025