Kənd təsərrüfatı üzrə sığorta növləri

Bu sığorta növü heyvanların xəstələnməsi, qəza və ya digər hallar nəticəsində məhv olması, yaxud zədələndikdə sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan heyvanların sığоrtasıdır.
Kənd təsərrüfatı bitkilərinin sığortası:
Bu növ kənd təsərrüfatı bitkilərinin korlanması və ya məhv olması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kənd təsərrüfatı bitkilərinin sığortasıdır.
Ev quşlarının sığortası:
Bu növ ev quşlarının xəstəlik, qəza və ya digər hallar nəticəsində məhv olması, yaxud zədələndikdə sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığоrta növüdür.

Əlaqə

Şəbəkə Sığorta Brokeri © 2019 Bütün hüquqlar qorunur.

Dizayn və inkişaf  Web Design.