Elektron avadanlığın sığortası

Bu növ üzrə sığorta riskləri aşağıdakılardır:

• Sığorta olunmuş əmlakın istismarında yol verilən səhvlər, işçi heyətinin ehtiyatsızlığı və ya üçüncü şəxslərin pis niyyətli hərəkətləri
• Elektrik cərəyanının qısaqapanması, cərəyan gücünün və ya elektrik şəbəkəsində gərginliyin kəskin artması formasında təsiri, induksiyalanmış cərəyanın təsiri və ya digər analoji səbəblər
• Yanğın, şimşək vurması və ya məişət məqsədləri üçün istifadə olunan qaz partlayışı, yanğını su ilə söndürərkən ziyan dəyməsi
• Su kəməri, kanalizasiya, istilik sistemlərindən və ya yanğınsöndürmə sistemlərindən su ilə ziyan dəyməsi
• Zəlzələ, vulkan püskürməsi və yaxud yeraltı od təsiri, dağ uçqunu, sürüşmə, fırtına, qasırğa, tufan, daşqın, dolu, tayfun, sunami, leysan kimi təbii fəlakətlər
• Qanunsuz yolla daxil olma ilə oğurluq, qarət və yaxud soyğunçuluq hərəkətləri
• Materialların qüsurluluğu, sığorta olunmuş əmlakın konstruksiyasında, hazırlanmasında və ya montajında səhvlər

Əlaqə

Şəbəkə Sığorta Brokeri © 2019 Bütün hüquqlar qorunur.

Dizayn və inkişaf  Web Design.