Gəmi sığortası

Dəniz riskləri üzrə sığorta üç əsas növdən ibarətdir:

Yüklərin sığortası (kargo) 

Bu növ sığorta su nəqliyyatı vasitəsi ilə daşınan istənilən yüklərin sığortasını nəzərdə tutur. Yüklər London sığortaçıları institutu tərəfindən üç növdə tətbiq olunan standart qaydalara əsasən sığortalanırlar:

* Bütün risklərə dair məsuliyyət

* Müəyyən qəza üzrə məsuliyyət

* Zədə nəticəsində yaranan məsuliyyət istisna olmaqla digər məsuliyyət üzrə (lakin, gəminin məhv olması istisnadır)

Su nəqliyyatı vasitələrinin, onun köməkçi hissələrinin, gövdəsinin, maşının və avadanlıqlarının sığortası

Siz gəmini istismarı, hətta onun tikintisi zamanı bütün gözlənilməz hadisələrdən sığortalaya bilərsiniz.

Su nəqliyyatı vasitələrinin sahiblərinin məsuliyyətinin sığortası

Bu növ sığorta gəminin istismarı zamanı üçüncü şəxslərə dəyə biləcək zərərin qarşılanması üçün tətbiq olunur. Eyni zamanda diqqətsizlik və ya təsadüf nəticəsində limandakı avadanlığa dəyən zərərə də təminat verilir.

Əlaqə

Şəbəkə Sığorta Brokeri © 2019 Bütün hüquqlar qorunur.

Dizayn və inkişaf  Web Design.